1 yanvar 2026-cı il tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 591 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, həmçinin 99 913 fərdi sahibkar fəaliyyət göstərib.
PostNews Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə müvafiq olaraq 351 vahid (6,7%) və 5 114 vahid (5,4%) artım deməkdir.
Hesabat ilində mikro sahibkarlıq subyektləri Qarabağ iqtisadi rayonunda 4 174, Şərqi Zəngəzurda 968 təşkil edib ki, bu da ölkə üzrə müvafiq olaraq 2,2% və 0,5% deməkdir.
Kiçik sahibkarlıq subyektləri Qarabağda 248 (2%), Şərqi Zəngəzurda 56 (0,4%),
Orta sahibkarlıq subyektləri Qarabağda 107 (2,5%), Şərqi Zəngəzurda 20 (0,5%),
İri sahibkarlıq subyektləri Qarabağda 13 (1,3%), Şərqi Zəngəzurda 5 (0,5%) olub.
Eyni zamanda, fərdi sahibkarların sayı Qarabağ iqtisadi rayonunda 92 276 (6,3%), Şərqi Zəngəzurda isə 7 637 (0,5%) təşkil edib.
Beləliklə, bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafı davam edir, fərdi sahibkarların sayı isə artmaqda davam edir.
