2025-ci ildə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib.
PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 45,2 faiz çoxdur.
Qeyd olunub ki, əsas kapitala yönəldilən vəsaitin 286,3 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub ki, bu da 2024-cü illə müqayisədə 23,8 faiz artım deməkdir.
