2025-ci il ərzində Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib.
PostNews xəbər verir ki, bu məlumat Türkiyənin BOTAŞ şirkətinə istinadən təqdim olunub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə kəmər vasitəsilə nəql olunan neftin həcmi 224,142 milyon barel təşkil edib. Beləliklə, 2025-ci ildə nəql olunan neftin həcmi 7,9 faiz azalıb.
2025-ci ilin dekabr ayında BTC kəməri ilə Türkiyə ərazisindən 17,319 milyon barel neft nəql olunub ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə (20,081 milyon barel) təxminən 1,2 dəfə azdır.
Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları bunlardır: bp – 30,10%, SOCAR – 32,97%, MOL – 8,90%, TPAO – 6,53%, Eni – 5,00%, TotalEnergies – 5,00%, ITOCHU – 3,40%, ONGC Videsh – 3,10%, ExxonMobil – 2,50%, INPEX – 2,50%.

