BTC ilə 27,179 milyon ton tranzit neft nəql edilib

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftin həcmi 27,179 milyon ton təşkil edib.

PostNews xəbər verir ki, bu göstərici 2024-cü il ilə müqayisədə 2,3 milyon ton və ya 7,8 faiz azdır, həmin il BTC vasitəsilə 29,471 milyon ton neft nəql olunmuşdu.

Rəsmi məlumata görə, BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizi və ya 23,057 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizi və ya 4122,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Ümumilikdə, ötən il magistral neft kəmərləri ilə 36,306 milyon ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,4 milyon ton və ya 6,3 faiz azdır. Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə həyata keçirilib və il ərzində bu kəmərdən 27,179,2 min ton neft ötürülüb.

Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km, 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başlanıb və 2005-ci il mayın 18-də neft yüklənməyə başlanılıb.

BTC Co. şirkətində pay bölgüsü isə belədir: bp 30,10%, SOCAR 32,97%, MOL 8,90%, TPAO 6,53%, Eni 5,00%, TotalEnergies 5,00%, ITOCHU 3,40%, ONGC Videsh 3,10%, ExxonMobil 2,50%INPEX 2,50%.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti