PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana ixrac edilmiş elektrik enerjisinin həcmi 493,980 milyon kVt/saat təşkil edib.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 28,501 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 643,9 milyon kVt/saat və ya 2,3 dəfə, dəyər ifadəsində isə 29,805 milyon ABŞ dolları və ya 2 dəfə azalıb.
Eyni dövrdə Gürcüstandan Azərbaycana elektrik enerjisi idxalı 50,034 milyon kVt/saat həcmində və 3,252 milyon ABŞ dolları dəyərində olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 442 min ABŞ dolları və ya 15,7%, həcm baxımından isə 6,8 milyon kVt/saat və ya 15,7% artıb.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə — Rusiya, Gürcüstan, İran və Türkiyəyə — elektrik enerjisi ixracı 1,221 milyard kVt/saat həcmində, 69,7 milyon ABŞ dolları dəyərində həyata keçirilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 167,5 milyon kVt/saat, 7,2 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

