PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ildə Azərbaycanda 1,467 milyon ton avtomobil benzini istehsal olunub.
PostNews xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 17,2 faiz artım nümayiş etdirir.
Cari ilin yanvarın 1-i vəziyyətinə görə ölkədə hazır məhsul ehtiyatı 71,2 min ton təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5,532 milyard manat olub və əvvəlki illə müqayisədə 13,7 faiz artım müşahidə olunub.

