Alman avtomobil istehsalçısı Volkswagen ABŞ-də potensial batareya yanğına səbəb ola biləcək risklər üzündən 44.551 elektrikli avtomobilini geri çağıracaq.
PostNews xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Geri çağırış 2023–2025-ci il modellərinə aid 43.881 nəqliyyat vasitəsini əhatə edir. Məlumata görə, yüksək gərginlikli akkumulyatorun həddindən artıq qızması riski mövcuddur ki, bu da yanğın ehtimalını artırır.
NHTSA bildirir ki, dilerlər batareya proqram təminatını yeniləyəcək və lazım gəldikdə batareya paketini pulsuz dəyişdirəcəklər.
Bundan əlavə, Volkswagen bəzi yüksək gərginlikli batareya elementlərində elektrodların səhv düzülməsi səbəbindən 2023–2024-cü il modellərindən 670 avtomobilini geri çağırır. Bu geri çağırış da batareya yanğına səbəb ola biləcək risklərlə əlaqədardır.
