2025-ci ilin noyabr-dekabr aylarında Azərbaycandan İspaniyaya 38,585 milyon ABŞ dolları dəyərində, 82,576 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, noyabr ayında Azərbaycan fasilədən sonra İspaniyaya neft ixracını bərpa edib. Əvvəlki tədarüklər 2024-cü ilin dekabr ayında qeydə alınmışdı.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 23,4 milyon ton həcmində bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları (16,2%) azalıb, lakin fiziki həcm baxımından 215 min ton (0,9%) artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib. Eyni zamanda, hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə olunan neft məhsulları və tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan digər məhsullar da ixrac olunub. 2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları (29%), fiziki həcmdə isə 198,2 min ton (36,9%) artıb. Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 1,72% təşkil edib.

