Naxçıvanın büdcə gəlirləri 290,6 milyon manat olub

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri (dotasiya istisna olmaqla) 290,6 milyon manat təşkil edib.

PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 11,1 faiz çoxdur.

Bildirilib ki, eyni dövrdə muxtar respublikanın büdcə xərcləri 445,6 milyon manata bərabər olub, bu isə 2024-cü illə müqayisədə 3,7 faiz artım deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti