Naxçıvan Muxtar Respublikasında əhalinin sayı 472,4 min nəfərə yüksəlib

Mətn Ölçüsü

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.

PostNews xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən, 1 dekabr 2025-ci il tarixinə muxtar respublikada əhalinin sayı bir il öncə ilə müqayisədə 0,3 faiz artaraq 472,4 min nəfər təşkil edib.

Qeyd olunub ki, 1 yanvar 2024-cü il tarixinə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 468 566 nəfər olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti