PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
AMB lombard fəaliyyəti ilə bağlı tənzimləmə təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. Qurumun sədri Taleh Kazımov bildirib ki, planlaşdırılan tənzimləmə əlavə məhdudiyyətlər demək deyil.
PostNews xəbər verir ki, T.Kazımov bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.
AMB sədri lombard sahəsində tənzimləmə tətbiq etmək istədiklərini, təşəbbüsün əsas istiqamətinin isə istehlakçıların hüquqlarının müdafiəsi olacağını qeyd edib.
Kazımov layihə çərçivəsində irəli sürülən təşəbbüsün gələn il təsdiqlənəcəyinə ümid etdiyini bildirib.

