PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
AMB digər ölkələrin mərkəzi bankları ilə ödəniş sistemlərini birləşdirmək və QR standartlarının qarşılıqlı tanınmasına nail olmaq istəyir. Qurumun əsas gözləntisi ölkələr arasında hesablaşmaların daha sürətli və ucuz aparılmasıdır.
PostNews xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Kazımov bildirib ki, ölkələr arasında birbaşa hesablaşmaların genişləndirilməsi üçün ani ödəniş infrastrukturu və QR standartları üzrə əməkdaşlıq aparılır. AMB sədri ödəniş sistemlərinin inteqrasiyasının yaxın dövr üçün əsas gözləntilərdən biri olduğunu vurğulayıb.
Mərkəzi Bank başqa ölkələrin mərkəzi bankları ilə institusional və peşəkar səviyyədə əlaqələr qurub. Əməkdaşlıq həmçinin makroiqtisadi modelləşdirmə, fintex və startap sahələrini əhatə edir.
Taleh Kazımovun sözlərinə görə, Özbəkistandakı həmkarı ilə görüşdə iki ölkənin “sandbox” mexanizmlərini paylaşması barədə razılıq əldə olunub. Bu əməkdaşlıq çərçivəsində bir ölkədə “sandbox”da fəaliyyət göstərən startapın digər ölkədə də işləməsi nəzərdə tutulur.
AMB sədri bildirib ki, mərkəzi banklar arasındakı əməkdaşlıq aktiv şəkildə davam etdiriləcək. Ödəniş sistemlərinin inteqrasiyası hesablaşmaların daha sürətli və daha az xərclə həyata keçirilməsinə kömək etməlidir.

