AZIR faizinin hədəflənən diapazonda saxlanılması üçün mövcud alətlərdən istifadə ediləcək

Mətn Ölçüsü

AMB banklararası pul bazarındakı qısamüddətli faiz göstəricisi olan AZIR-ı faiz dəhlizinin daxilində idarə etməyi hədəfləyir. Sentyabrın 23-dən bazar aktivliyinin artması səbəbindən əlavə addımlar planlaşdırılmır.

PostNews xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.

Kazımov bildirib ki, AMB pul kütləsini deyil, banklararası pul bazarında formalaşan AZIR faiz göstəricisini əsas götürür.

“Bizim əsas istinad göstəricimiz AZIR-dır və məqsədimiz onu faiz dəhlizimizin daxilində idarə etməkdir”, – deyə o bildirib.

AMB sədri əvvəlki qərarlardan birində faiz dəhlizinin aşağı həddinin azaldılmasının banklararası bazarda fəallığı artırmağa yönəldiyini söyləyib. Onun sözlərinə görə, bu qərar bank sektorundakı likvidlik nəzərə alınaraq bankların bir-biri ilə əməliyyatlarda daha fəal iştirak etməsi üçün qəbul edilib.

Taleh Kazımovun sözlərinə görə, sentyabrın 23-dən banklararası bazarda aktivlik artıb. Mərkəzi Bank mövcud monetar siyasət alətlərindən istifadə etməklə likvidliyi AZIR-ın hədəflənən diapazonda qalmasına imkan verəcək səviyyədə idarə edir. Hazırda əlavə tədbirlər görülməsi planlaşdırılmır.

Mətbuat konfransında ərzaq inflyasiyası da müzakirə olunub. Kazımov bu sahədə qiymət artımına təsir edən amillərin qlobal xarakter daşıdığını və buna görə birbaşa monetar tədbirlərin imkanlarının məhdud olduğunu bildirib. AMB ayrı-ayrı məhsul qrupları üzrə qiymət dəyişikliklərini də təhlil edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri