PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Mərkəzi Bank izafi likvidliyi əsasən birhəftəlik depozit əməliyyatları vasitəsilə sterilizasiya edir. Tələblər nəzərə alındıqdan sonra bankların kredit vermək üçün istifadə edə biləcəyi sərbəst vəsait 4,6 milyard manatdır.
PostNews xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Kazımovun sözlərinə görə, Azərbaycanda bank sektorunda məcburi ehtiyat tələbləri nəzərə alınmaqla 6,2 milyard manat izafi likvidlik mövcuddur. Bankların kreditləşməyə yönəldə biləcəyi vəsaitin həcmi isə məcburi ehtiyat və likvidliklə bağlı digər tələblər çıxıldıqdan sonra 4,6 milyard manat təşkil edir.
AMB sədri bildirib ki, Mərkəzi Bank izafi likvidliyi monetar siyasətin əməliyyat çərçivəsində nəzərdə tutulan alətlərlə sterilizasiya edir. Bu zaman əsasən birhəftəlik depozit əməliyyatlarından yararlanılır.
Bank sektorunda izafi likvidlik vəziyyətinin ötən ilin dördüncü rübündən bəri davam etdiyini deyən Kazımov, bankların kreditləşmə üçün istifadə edə biləcəyi sərbəst vəsaitin 4,6 milyard manat olduğunu vurğulayıb.

