Azərbaycanda qeyri-neft-qaz sektorunun 2027-ci ildə 4,3% böyüməsi gözlənilir

Mətn Ölçüsü

AMB 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun 2,3%, qeyri-neft-qaz ÜDM-inin isə 4,3% artacağını proqnozlaşdırır. Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard dollara çataraq tarixi maksimuma yüksəlib.

PostNews xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı oktyabrın 29-da keçirilən mətbuat konfransında məlumat verib.

AMB-nin proqnozuna əsasən, 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının artımı 1,3% olacaq. 2027-ci ildə isə ÜDM artımının 2,3%-ə çatacağı gözlənilir. Taleh Kazımov cari il üzrə iqtisadi artım proqnozunun artırıldığını bildirib.

Qeyri-neft-qaz sektorunda ÜDM artımının 2026-cı ildə 2,8%, gələn il isə 4,3% olacağı proqnozlaşdırılır. Sentyabr ayının nəticələrinə görə, bu sektorun ÜDM-i 2,6% artıb. Artıma turizm, ticarət, rabitə və nəqliyyat sahələri əsas töhfə verib.

Mətbuat konfransında AMB-nin valyuta ehtiyatlarının həcmi də açıqlanıb. Kazımovun sözlərinə görə, ehtiyatlar 15,4 milyard ABŞ dollarına yüksəlib. Bu, Azərbaycanın müstəqillik tarixində ən yüksək səviyyədir.

AMB sədri cari əməliyyatlar balansının proqnozlarına da toxunaraq xarici sektor göstəricilərinin makroiqtisadi vəziyyətin qiymətləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri