PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan İran İslam Respublikasına 34,453 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir təqribən 979 min ABŞ dolları təşkil edib.
İrana elektrik ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 806 min kVt/saat (2,4%), dəyər ifadəsində isə 23 min ABŞ dolları (2,4%) artım göstərib.
Eyni dövrdə İrandan Azərbaycana 31,951 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb, gəlir isə 908 min ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 380 min kVt/saat (1,2%), dəyər baxımından isə 10 min ABŞ dolları (1,1%) azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə Rusiya, Gürcüstan, İran və Türkiyəyə 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac olunub və bu, 69,7 milyon ABŞ dolları dəyərində gəlir gətirib. Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 167,5 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib, dəyəri isə 7,2 milyon ABŞ dolları təşkil edib.

