2025-ci ildə Azərbaycandan İtaliyaya bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları üzrə ixracın həcmi 13,1 milyon ton, dəyəri isə 6,7 milyard ABŞ dolları olub.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 26 milyon ABŞ dolları və ya 0,4 faiz az, həcm baxımından isə 2,2 milyon ton və ya 19,8 faiz çoxdur.
2024-cü ildə Azərbaycandan İtaliyaya ixrac 11 milyon ton, dəyəri isə 6,8 milyard ABŞ dolları olub. Hesabat dövründə İtaliya ən çox Azərbaycan nefti idxal edən ölkələr sırasında birinci yeri tutub.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə ümumi ixrac 23,4 milyon ton həcmində, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib. PostNews xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2%, həcm baxımından isə 215 min ton və ya 0,9% artım/azalma qeydə alınıb.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, eləcə də tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. 2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib. Hesabat dövründə bu məhsulların ölkənin ümumi ixracındakı payı 1,72% olub.

