2025-ci ildə Azərbaycan İrlandiyaya xam neft və neft məhsullarının ixracını 2,1 dəfə artırıb

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycandan İrlandiyaya 577,1 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib, bu ixracdan əldə olunan gəlir 289,7 milyon ABŞ dolları olub.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 149,9 milyon dollar və ya 2,1 dəfə, həcm baxımından isə 340,5 min ton və ya 2,4 dəfə artıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə xam neft və neft məhsullarının ixrac həcmi 23,4 milyon ton, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.

Qeyd edilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi ixracın dəyəri 2,4 milyard dollar və ya 16,2% azalsa da, fiziki həcm 215 min ton və ya 0,9% artıb. Bu məhsulların ixracı Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti