PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanın “Abşeron” yatağında kondensat hasilatı 0,6 milyon ton təşkil edib.
PostNews xəbər verir ki, bu barədə məlumat Energetika Nazirliyinə istinadən verilib. Qeyd olunur ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə “Abşeron” yatağında kondensat hasilatı dəyişməyib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə əməliyyat məlumatlarına görə, Azərbaycanda 27,7 milyon ton neft (qaz kondensatı da daxil olmaqla) hasil edilib.
“Abşeron” yatağı Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə və “Şahdəniz” yatağından 25 km şimal-şərqdə yerləşir. Kondensat və qaz hasilatı isə JOCAP tərəfindən idarə olunan tək bir dərin dəniz quyusundan istifadə edərək erkən istehsal layihəsi çərçivəsində 2023-cü ilin iyul ayından bəri davam edir.

