2025-ci ildə Azərbaycanda Ani Ödəniş Sistemləri (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 368,8 milyon manat, miqdarı isə 1,5 milyon ədəd təşkil edib.
PostNews bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 6,8 milyard manat, sayı isə 9,6 milyon ədəd olub.
Bundan əlavə, Milli Hesablaşmalar Sistemində (AZİPS) real vaxt rejimində aparılan əməliyyatların həcmi 99,4 milyard manatdan çox, sayı isə 304,3 min ədəd təşkil edib.
Məlumata görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat dövründə bank sektorunda çalışanların sayı 1,4% artaraq 27,389 nəfərə çatıb, ilin əvvəli ilə müqayisədə artım isə 8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.
