ABŞ-nin Aeronavtivka və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Venera planetinə göndəriləcək kosmik texnikanı süni intellekt texnologiyası ilə təchiz etməyi planlaşdırır.
PostNews xarici KİV-ə istinadən bildirir ki, bu barədə agentliyin rəhbəri Cared Ayzekman açıqlama verib.
Ayzekman qeyd edib ki, kosmik sahədə nailiyyət əldə etmək üçün robotlaşdırılmış missiyalara daha çox avtonomluq inteqrasiya edilməlidir. Hazırda Veneraya yönəlmiş missiya üzərində işlər aparılır və bu layihəyə süni intellektin müəyyən imkanları daxil edilə bilər.
ABŞ 2030–2031-ci illərdə Veneraya iki missiya göndərməyi planlaşdırır. “Da Vinci” layihəsi planetin atmosferinin tərkibini və formalaşma tarixini öyrənməyə yönələcək. “VERITAS” missiyası isə Veneranın səthinin yüksək dəqiqlikli xəritələndirilməsi və bu planetin Yer kürəsindən fərqli şəkildə inkişaf etməsinin səbəblərini araşdıracaq.

