2026-cı ilin əvvəlinə ölkədə məktəbəqədər təhsil alan uşaqların sayı 115 min nəfər olub

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, 2026-cı ilin əvvəlinə ölkədə fəaliyyət göstərən 1708 dövlət və 164 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 115 min uşaq tərbiyə alır.

PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025/2026-cı tədris ilinin əvvəlində ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, həmin dövrə ölkənin 4160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisəsində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 21,6 faiz olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti