Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan tələbələrinin sayı 1045 nəfər olub

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 115 xarici ölkədən 8,8 min nəfər tələbə təhsil alıb.

PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025/2026-cı tədris ili üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, xarici tələbələrin sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası, Pakistan, Hindistan, Suriya Ərəb Respublikası, Qazaxıstan və Çin vətəndaşları üstünlük təşkil edib.

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1045 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 37,4 faizi Bakı şəhərindən, 62,6 faizi isə Azərbaycanın müxtəlif regionlarından olan məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Çin və Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti