Dövlət Statistika Komitəsi bildirib ki, 2025-2026-cı tədris ilində Azərbaycanda bakalavr və magistrlərin (rezidentlərin) hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil və tibb müəssisələrində təhsil alan ölkə vətəndaşlarının sayı 261,6 min nəfər olub.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-2026-cı tədris ili üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, tələbələrin 51,6 faizi qadınlardan ibarətdir. Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 15,1 min nəfər və ya 6,1 faiz artıb.

