2025-ci ildə 37 vətəndaşımız repatriasiya edilərək ölkəyə qaytarılıb

Mətn Ölçüsü

Bakıda keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına dair məlumat verib.

PostNews xəbər verir ki, onun sözlərinə görə, ötən il Suriya Ərəb Respublikasından, Rusiya Federasiyasından və Fələstindən 37 vətəndaşımız ölkəyə repatriasiya olunub.

Vüqar Behbudov bildirib ki, repatriasiya olunan vətəndaşların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə işlər aparılıb. Eyni zamanda, il ərzində bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib.

Agentlik sədri qeyd edib ki, bu tədbirlər ölkəyə qayıdan vətəndaşların cəmiyyətə inteqrasiyasını və sosial rifahının qorunmasını təmin edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti