2025-ci ildə 1 620 imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin olunub

Mətn Ölçüsü

Bakıda keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunları və qarşıda duran hədəflərlə bağlı məlumat verib.

PostNews xəbər verir ki, onun sözlərinə görə, ötən il şəhid ailələri, Vətən müharibəsi əlilləri və digər əlilliyi olan şəxslər daxil olmaqla 1 620 imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin olunaraq, müalicə mərkəzlərinə göndərilib.

Vüqar Behbudov qeyd edib ki, onlardan 96 nəfəri şəhid ailəsi üzvləridir. Agentliyin fəaliyyətə başladığı 2020-ci ildən bu günədək yollayış ilə təmin edilən şəxslərin sayı isə 14 mindən çoxdur.

Sədr əlavə edib ki, bu sahədə işlər 2026-cı ildə də davam etdiriləcək, və imtiyazlı şəxslərin sağlamlıq imkanlarının gücləndirilməsi prioritet olaraq qalır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti