Səhiyyə Menecmenti Forumunun moderator və spikerləri açıqlandı - SİYAHI

Mətn Ölçüsü

PostNews – 26–27 noyabr 2026-cı il tarixində The Ritz-Carlton Baku-da keçiriləcək Səhiyyə Menecmenti Forumunun moderator və spiker heyəti bəlli oldu. Forumda Azərbaycan və Türkiyənin səhiyyə, iqtisadiyyat və təhsil sahəsindəki dövlət qurumlarını, universitetləri, özəl klinika və xəstəxanaları təmsil edən moderator və spikerlər çıxış edəcək.

Forum Facemark və From Science To Health tərəfindən təşkil olunur. Bu il tədbir “İdarəetmənin anatomiyası” konsepsiyası ilə keçirilir. Forumda səhiyyənin idarə olunmasında insan, texnologiya və strategiyanın rolu araşdırılacaq, daha çevik, dayanıqlı və gələcəyə hazır səhiyyə modelinin formalaşması müzakirə olunacaq. Səhiyyənin inkişafı yalnız tibbi innovasiyalarla deyil, effektiv idarəetmə, strateji liderlik, dayanıqlı maliyyələşmə, rəqəmsallaşma, süni intellekt və insan kapitalı ilə də bağlıdır. Forum bu istiqamətləri vahid platformada birləşdirəcək.

Proqram 6 panel sessiyası və masterklaslardan ibarətdir. Panellərin sonunda iştirakçıların spikerlərə birbaşa sual verə biləcəyi xüsusi sual-cavab bölümü olacaq. Forumda həmçinin tək çıxışlar və bədii-musiqili hissə nəzərdə tutulub. Tədbirdə səhiyyə sektorunun liderləri, həkimlər, klinika və tibb müəssisələrinin rəhbərləri, səhiyyə idarəçiləri və qərarvericilər iştirak edəcək. Hər iştirakçıya elektron sertifikat təqdim olunacaq.

“Bu gün səhiyyənin inkişafı yalnız tibbi innovasiyalarla deyil, həm də düzgün idarəetmə ilə ölçülür. Səhiyyə Menecmenti Forumu 2026 ilə sektorun liderlərini, həkimləri və qərarvericiləri vahid platformada bir araya gətirərək insan, texnologiya və strategiyanın səhiyyənin gələcəyini necə formalaşdırdığını müzakirə etmək istəyirik. Əminik ki, “İdarəetmənin anatomiyası” konsepti ilə keçirilən bu forum daha çevik, dayanıqlı və gələcəyə hazır səhiyyə modelinə töhfə verəcək.” – deyə Facemark-ın təsisçisi Rafiq Hunaltay bildirib.

Forumun moderatorları

  1. Fəqan Həsənzadə: From Science to Health, Təsisçi
  2. Türkan Vüsət: İqtisadiyyat Nazirliyi, Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri; BMT-də Dövlət Özəl Tərəfdaşlığı üzrə Komitənin sədr müavini
  3. Elnur Məmmədli: Rəqəmsal transformasiya və süni intellekt üzrə ekspert
  4. Dr. Fərid Qasımov: Baku Medical Plaza, Babək Filialının Direktoru
  5. Dr. Yasmin Rüstəmova: AKC, Sədr, həkim kardioloq
  6. Dr. Taryel Ömərov: Modern Hospital, Direktor

Forumun spikerləri

  1. Prof. Dr. Haydar Sur: Türkiyə Səhiyyə Nazirinin Müşaviri, Səhiyyə Menecmenti üzrə professor
  2. Doç. Dr. Şuayıp Birinci: Türkiyə Səhiyyə Nazirinin Müavini
  3. Bahadur Rzayev: TƏBİB, İcraçı direktorun müavini
  4. Prof. Dr. Dilaver Tengilimoğlu: Atılım Universiteti, Səhiyyə Menecmenti üzrə professor
  5. Prof. Dr. Taşkın Kılıç: Nişantaşı Universiteti, Səhiyyə menecmenti üzrə professor
  6. Prof. Dr. Sedat Bostan: Türkiyə Səhiyyə Nazirliyi, Səhiyyə Politikaları İnstitutu, Sədr
  7. Dr. Yasmin Rüstəmova: AKC, Sədr, həkim kardioloq
  8. Dr. Rəşad Mahmudov: Milli Məclisin səhiyyə komitəsi, Sədr müavini, millət vəkili
  9. Dr. Ülvi Mirzoyev: Qırğızıstan Səhiyyə Nazirliyi, Müşavir, səhiyyə menecmenti üzrə ekspert
  10. Rahim Hüseynov: TƏBİB, İcraçı direktorun müavini
  11. Dr. Üzeyir Rəhimov: Universal Hospital, Ürək Mərkəzinin Rəhbəri, Kardioloq
  12. Hüseyn Hüseynov: İqtisadiyyat Nazirliyi, Nazirin Müşaviri, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi
  13. Dr. Hansıyar Babayev: Referans Medical Group, Müşahidə Şurasının Sədri
  14. Prof. Dr. Məlahət Sultan: Azərbaycan Tibb Universiteti, Prorektor
  15. Dr. İkram Rüstəmov: Qarabağ Universiteti, Psixatr, Qarabağ Universiteti Klinikasının Baş həkimi
  16. Dr. Samir Babayev: Qarabağ Universiteti Klinikası, Tibb Fakültəsi, Baş Direktor, Dekan
  17. Dr. İlhamə Cəfərli: AABP, Sədr, cərrah
  18. Dr. Günel Əliyeva: Özəl Tibb Müəssisələri Assosasiyası, Sədr
  19. Dr. Nabil Seyidov: SAF Hospital, Baş həkim, kardioloq
  20. Dr. Zəhra Vəzirova: TƏBİB, Yeni Klinikanın direktoru
  21. Meri İstiroti: MEDIHIT, Rəhbər, Xəstəxana menecmenti üzrə ekspert
  22. Dr. Reşat Bahat: Türkiyə Özəl Xəstəxanalar və Səhiyyə Qurumları (ÖHSAD), BHT CLINIC, Sədr, İdarə Heyətinin Sədri
  23. Dr. Gülşah Ünsal Cəfərov: Ayan Healthcare şirkətinin həmtəsisçisi və baş tibb direktoru, Azərbaycan Tibb Universitetinin müəllimi
  24. Dr. Sevda Əlizadə: Məlhəm Beynəlxalq Hospital, Direktor
  25. Prof. Dr. Fuad Məmmədov: Azərbaycanda kulturologiya elminin yaradıcısı
  26. Dr. Cabir Gülmalıyev: Liv Bona Dea Hospital, Baş həkim
  27. Dr. Pərviz Aslanov: Harmony Health Hospital, Təsisçi, Lor estetik cərrah
  28. Dr. Şahlar Mirqasım: AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Rais müavini
  29. Misirxan Sadıqzadə: TƏBİB, Rəqəmsal Tibbi Həllər, Direktor müavini

Masterklas spikerləri

  1. Sevindik Şirinov: MediClub Onshore Tibbi Xidməti, AHA-nın Azərbaycandakı Beynəlxalq Təlim Mərkəzi, Menecer, Təşkilatçı
  2. Dr. Gülşah Ünsal Cəfərov: AYAN Healthcare Technologies, Azərbaycan Tibb Universiteti, Həmtəsisçi və Baş Tibb Direktoru (CMO), Müəllimi
  3. Prof. Dr. Dilaver Tengilimoğlu: Atılım Universiteti, Biznesin idarə edilməsi kafedrasının müdiri, tibbi turizm üzrə professor
  4. Prof. Dr. Taşkın Kılıç: Nişantaşı Universiteti, Səhiyyə menecmenti üzrə professor
  5. Meri İstiroti: MEDIHIT, Rəhbər, Xəstəxana menecmenti üzrə ekspert
  6. Uzm. Dr. Züleyxa Ziyadova: Referans Medical Group, Pediatr

 Qeydiyyat

Forumda iştirak, tam proqramla tanışlıq və bilet almaq üçün: facemark.az/tedbirler/sehiyye-menecmenti-forumu-2026

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri