2025-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 653,0 milyon manat təşkil edib ki, bu, 2024-cü illə müqayisədə 5,9% azalma deməkdir.
PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Gəlirlərin payı belə olub:
- Otaq xidmətləri – 61,8%
- İctimai iaşə xidmətləri – 27,2%
- Müalicə və sağlamlıq xidmətləri – 2,9%
- Digər xidmətlər – 8,1%
2025-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutum səviyyəsi ölkə üzrə 24,4% təşkil edib və 2024-cü illə müqayisədə kiçik bir artım göstərib (24,0%). Əsas şəhər və bölgələr üzrə tutum səviyyəsi belə olub:
- Naftalan – 48,5%
- Şabran – 41,7%
- Bakı – 36,9%
- Qusar – 31,7%
- Sabirabad – 27,7%
- Lənkəran – 23,3%
- Qəbələ – 21,5%
- Şamaxı – 20,5%
- Bərdə – 19,5%
- Quba – 16,6%
- Beyləqan – 15,7%
- Ağdam – 15,6%
- Qax – 15,5%
- Masallı – 15,3%
- Digər şəhər və rayonlarda – 15,3%-dən aşağı
- Bu göstəricilər mehmanxana sektorunun regional fərqliliklərini və əsas şəhərlərdə turistlərin üstünlüklərini əks etdirir.
