Azərbaycanda uşaq bankçılığı seqmentində yeni mərhələ başlayır

Mətn Ölçüsü

PostNews“RabitəBank” ASC ölkədə ilk dəfə 7–17 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Rabita Junior mobil tətbiqini təqdim edir.

Bankın məlumatına görə, Rabita Junior uşaqlara maliyyə savadlılığını əyləncəli formada öyrənmək, xərclərini idarə etmək və puldan düzgün istifadə vərdişləri qazanmaq imkanı yaradır. Tətbiq vasitəsilə uşaqlar maliyyə biliklərini inkişaf etdirə, keşbek qazana və müxtəlif tapşırıqları yerinə yetirərək əlavə vəsait əldə edə bilirlər.

Eyni zamanda, Rabita Junior valideynlər üçün də rahat nəzarət imkanları təqdim edir. Valideynlər övladları üçün xərcləmə limitləri müəyyən edə, həyata keçirilən əməliyyatları izləyə və onların maliyyə fəaliyyətinə nəzarət edə bilirlər.

Beləliklə, Rabita Junior uşaqlara maliyyə idarəçiliyini öyrədən, valideynlərə isə övladlarının xərclərini rahat şəkildə idarə etməyə imkan verən innovativ bank mobil tətbiqi kimi təqdim olunur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti