• Haqqımızda
  • Əlaqə
Şənbə, Fevral 21, 2026
Post News
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
Post News
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

SANKON Dilşad Əhədovanın Azərbaycan üzrə rəsmi nümayəndə təyin olunduğunu açıqlayıb

Təyinatın Azərbaycanla beynəlxalq biznes əlaqələrinə yeni imkanlar yaradacağı vurğulanır

08 Fevral, 26 / 20:17
A A
SANKON Dilşad Əhədovanın Azərbaycan üzrə rəsmi nümayəndə təyin olunduğunu açıqlayıb

Mərkəzi qərargahı Ankara şəhərində yerləşən Sənaye və Ticarət Konfederasiyasının (SANKON) Baş Qərargahı tanınmış iş adamı Dilşad Əhədovanın təşkilatın Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi təyin olunduğunu açıqlayıb.

SANKON tərəfindən yayılan məlumatda bildirilib ki, Dilşad Əhədova konfederasiyanı Azərbaycan Respublikası hökuməti və ölkənin biznes ictimaiyyəti qarşısında ən yüksək səviyyədə təmsil etmək səlahiyyətinə malikdir.

Məlumatda qeyd olunub ki, Dilşad Əhədova Azərbaycan Respublikasının vətəndaşıdır və eyni zamanda “Adalia International Ladies Platform” təşkilat-şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Açıqlamada vurğulanıb ki, bu təyinatın SANKON ilə Azərbaycan arasında sənaye, ticarət və beynəlxalq biznes əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

SANKON-un fəaliyyətinin beynəlxalq əməkdaşlıq və “qazan–qazan” prinsipi üzərində qurulduğu qeyd edilir

Məlumat üçün bildirilib ki, Sənaye və Ticarət Konfederasiyası (SANKON) beynəlxalq və iqtisadi yönümlü qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Konfederasiyanın tərkibində investorlar, sənayeçilər, iş qadınları və iş adamları təmsil olunurlar.

Qurumun Türkiyə, Türk Cümhuriyyətləri, Ərəb Dövlətləri, Afrika, Balkan, Latın Amerikası və Avropa ölkələri də daxil olmaqla, dünyanın müxtəlif regionlarında ümumilikdə 193 nümayəndəliyi fəaliyyət göstərir.

Bildirilib ki, SANKON nümayəndələri Baş Qərargahla koordinasiyalı şəkildə çalışaraq, müvafiq ölkələrdə milli və beynəlxalq layihələr həyata keçirən investorları, Türkiyədə fəaliyyət göstərən aktiv iş qadınları və iş adamlarından ibarət sənayeçilərlə bir araya gətirməkdə mühüm rol oynayırlar.

Qeyd olunub ki, SANKON bu qurumlar, strukturlar və şirkətlər arasında milli və beynəlxalq əməkdaşlığa mane ola biləcək bürokratik əngəllərin minimuma endirilməsi məqsədilə ortaq platforma formalaşdırır və fəaliyyətini heç bir ayrı-seçkilik etmədən, daim “qazan–qazan” prinsipi əsasında davam etdirir.

SANKON-un əsas hədəfləri sırasında qadın və kişi bərabərliyinin təşviqi yer alır

Açıqlamada vurğulanıb ki, SANKON-un əsas məqsədlərindən biri qadın və kişilərin sosial-iqtisadi baxımdan cəmiyyətin bütün sahələrində aktiv iştirakını təmin etmək, iş dünyasında isə təsirli və səlahiyyətli mövqelərə yüksəlmələrinə şərait yaratmaqdır.

Bu çərçivədə cinsiyyət ayrı-seçkisi olmadan, iş dünyasında qadın və kişi bərabərliyi balansının qorunması, milli və beynəlxalq müstəvidə bərabər rəqabət imkanlarının yaradılması və iş qadınları ilə iş adamlarının beynəlxalq arenada investisiya həyata keçirmələrinin təşviqi əsas hədəflər sırasında göstərilir.

Eyni zamanda qeyd edilib ki, SANKON iş dünyasını beynəlxalq platformada təmsil edən vətəndaş cəmiyyəti təşkilatı kimi fəaliyyət göstərir və bu çərçivədə Türkiyə ilə digər dövlətlər arasında idxal və ixracın artırılmasını, dövlətlər və xalqlar arasında ticarət əlaqələrinin qurulmasını və mövcud münasibətlərin daha da möhkəmləndirilməsini prioritet məqsədlərdən biri hesab edir.

Tags: Azərbaycan biznes ictimaiyyətibeynəlxalq biznesbeynəlxalq investisiyaDilşad ƏhədovaPostNewsqadın sahibkarlığıSANKONSANKON Azərbaycan nümayəndəsiSənaye və Ticarət Konfederasiyasısənaye və ticarət əlaqələri
Previous Post

"İdrak"ımız niyə çatmadı - Uşaq nə bilsin hansı avtomatdır?! - Asif Mehman yazır

Next Post

Əməkdar rəssam Tahir Məmmədovun son beş ilin əsərlərindən ibarət fərdi sərgisi təqdim olunub

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
VÖEN-i: 1904726912
Domen adının sahibi; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Məsul redaktorun soyadı, adı və atasının adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan; Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Gültəkin Əsgərova küçəsi, 1-ci döngə, ev 41
Əlaqə; 055 522-24-99 info@post-news.az
  • Haqqımızda
  • Əlaqə

© 2025 post-news.az  Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı

© 2025 post-news.az  Bütün hüquqları qorunur.