2025-ci ildə Azərbaycanda mehmanxanalarda gecələmələr 6,7% artıb

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 4,569,5 min təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 6,7% artım deməkdir.

PostNews xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2,614,3 min olub ki, bu da ötən ilə nisbətən 11,3% artım deməkdir. Onlar ümumi gecələmələrin 57,2%-ni təşkil ediblər. Gecələmələrin ölkələr üzrə payı belədir:

  • Hindistan – 13,6%
  • Rusiya Federasiyası – 10,1%
  • Türkiyə – 9,3%
  • Səudiyyə Ərəbistanı – 8,3%
  • İsrail – 5,6%
  • Birləşmiş Ərəb Əmirlikləri – 5,1%
  • Pakistan – 3,9%
  • Çin – 3,4%
  • Özbəkistan – 3,3%
  • ABŞ – 3,2%
  • Qazaxıstan – 2,8%
  • Küveyt – 2,4%
  • Böyük Britaniya – 2,2%
  • Almaniya – 1,3%
  • İtaliya – 1,0%
  • Digər ölkələr – 24,5%

Əcnəbi turistlərin 81,1%-i Bakıda, 6,1%-i Qusarda, 4,4%-ü Naftalanda, 3,2%-si Qəbələdə, 2,4%-ü Qubada, 0,7%-si Şamaxıda və 2,1%-i isə digər şəhər və rayonlarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələr isə 1,955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8%-i deməkdir və 2024-cü illə müqayisədə 1,1% artım təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti