Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 16 000 nəfər evlə təmin olunub

Mətn Ölçüsü

Bakıda keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunları və qarşıda duran hədəflərlə bağlı məlumat verib.

PostNews xəbər verir ki, onun sözlərinə görə, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 16 000 nəfər evlə təmin olunub.

Vüqar Behbudov bildirib ki, postmüharibə dövründə bu göstərici 7 000 nəfər olub. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı sahəsində işlər də davam etdirilib: postmüharibə dövründə 567, ümumilikdə isə 7 700 avtomobil təqdim olunub.

Agentliyin rəhbəri qeyd edib ki, bu sahədə tədbirlər 2026-cı ildə də davam etdiriləcək və əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti