2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb.
PostNews Dövlət Turizm Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2025-ci ilin ilk 11 ayında Azərbaycana 2,364,251 turist gəlib, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 2,412,160 nəfər olub.
Ölkələr üzrə gələn turistlərin sayı ilk onluq üzrə belə olub:
- Rusiya – 573,067 nəfər
- Türkiyə – 416,689 nəfər
- İran – 190,504 nəfər
- Hindistan – 151,574 nəfər
- Gürcüstan – 101,142 nəfər
- Səudiyyə Ərəbistanı – 99,196 nəfər
- Qazaxıstan – 95,952 nəfər
- Pakistan – 81,952 nəfər
- Çin – 60,636 nəfər
- İsrail – 59,917 nəfər

