Azərbaycandan İtaliyaya 8,775 milyard kubmetr təbii qaz ixrac olunub

Mətn Ölçüsü

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan İtaliyaya 4,234 milyard ABŞ dolları dəyərində 8,775 milyard kubmetr təbii qaz ixrac olunub.

PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 597 milyon ABŞ dolları və ya 16,4 faiz artıb, həcm baxımından isə 156 milyon kubmetr və ya 1,8 faiz azalıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–noyabr aylarında Azərbaycandan İtaliyaya ümumilikdə 3,637 milyard ABŞ dolları dəyərində 8,931 milyard kubmetr təbii qaz ixrac olunmuşdu.

Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7 faiz artım, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz azalma deməkdir.

Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal olunub. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti