Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ofsayd qaydasının dəyişdirilməsi ilə bağlı irəli sürülən təklifi rədd etdiyini açıqlayıb.
PostNews xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “The Times” qəzeti yayıb.
Qeyd olunub ki, daha əvvəl İspaniyanın AS qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarına mümkün dəyişiklikləri nəzərdən keçirəcəyini bildirmişdi. Lakin UEFA-nın mövqeyi bu təşəbbüsün dəstəklənmədiyini göstərir.
Hazırda qüvvədə olan qaydaya əsasən, ötürmə anında hücum edən oyunçunun bədəninin istənilən hissəsi, qapıçı da daxil olmaqla, rəqib komandanın sonuncudan sonrakı müdafiəçisindən qapıya daha yaxın olarsa, həmin vəziyyət ofsayd kimi qiymətləndirilir.

