“Qarabağ” futbol klubunun növbəti yoxlama oyunlarının başlama saatı müəyyənləşib.
PostNews klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 16-da iki matça çıxacaq.
İlk rəqib Xorvatiya təmsilçisi “Osiyek”, ardınca isə Polşanın “Zaqlebye” klubu ilə görüş nəzərdə tutulub.
- Birinci qarşılaşma: saat 12:00
- İkinci qarşılaşma: saat 19:00
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5 cavabsız qolla məğlub edib.

