Azərbaycanda Google Chrome 84,74% bazar payı ilə lider brauzer olaraq qalıb

Mətn Ölçüsü

2025-ci ilin dekabr ayında Azərbaycan istifadəçiləri arasında internet-brauzerlərin populyarlığı açıqlanıb.

PostNews “Global Stats” statistika mərkəzinin məlumatına əsasən xəbər verir ki, Google Chrome bazar liderliyini qoruyub və payı 84,74%-ə yüksəlib ki, bu da əvvəlki aya nisbətən 2,04 faiz bəndi artım deməkdir.

Digər brauzerlərin payları belə olub:

  • Safari: 6,94% (−0,35 faiz bəndi)

  • Samsung: 2,14% (−0,21 faiz bəndi)

  • Opera: 1,88% (−0,49 faiz bəndi)

  • Edge: 1,77% (−0,33 faiz bəndi)

  • Yandex Browser: 0,99% (−0,36 faiz bəndi)

  • Mozilla Firefox: 0,81% (−0,36 faiz bəndi)

Beləliklə, dekabr ayında Google Chrome istifadəçilərin böyük əksəriyyətinin seçimində üstün mövqedə qalıb, digər brauzerlər isə kiçik azalmalarla bazar payını saxlayıblar.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti