AZCON Holding tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci il ərzində tranzit və yükdaşıma fəaliyyətində əhəmiyyətli artım qeydə alıb.
PostNews xəbər verir ki, ADY-nin açıqlamasına əsasən, il ərzində 392 blok-qatar qəbul edilib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 287 blok-qatarla müqayisədə 37% artım deməkdir.
Eyni zamanda, 2025-ci ildə dəmir yolu ilə daşınan konteyner yüklərinin həcmi 135 300 TEU təşkil edib. Bu isə 2024-cü ilin 114 000 TEU göstəricisi ilə müqayisədə təxminən 19% çoxdur.
Qeyd olunan artım Azərbaycanın regional nəqliyyat və tranzit qovşağı kimi mövqeyinin gücləndiyini, eləcə də Orta Dəhliz üzrə daşımaların genişləndiyini göstərir.

