2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 218,4 milyon ABŞ dolları dəyərində 2,068 milyard kubmetr təbii qaz ixrac olunub.
PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində bu göstərici 66 milyon ABŞ dolları və ya 23,2 faiz, həcm baxımından isə 0,9 milyon kubmetr və ya 30,3 faiz azdır. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 2,968 milyard kubmetr təbii qaz ixrac olunub və bu ixracın ümumi dəyəri 284,4 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 22,804 milyard kubmetr təbii qazı 8,117 milyard ABŞ dolları dəyərində ixrac edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7 faiz, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz artım göstərir.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayında Azərbaycana 252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri 39,151 milyon ABŞ dolları olub. Bir il əvvələ nisbətən, dəyər baxımından bu göstərici 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artıb, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalıb.
