2025-ci ildə Azərbaycanda 259,3 min ton neft bitumu istehsal edilib.
PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 min ton və ya 2 faiz azdır. Ötən il ölkədə 264,6 min ton neft bitumu istehsal edilmişdi.
1 yanvar 2026-cı il tarixinə hazır məhsul ehtiyatları 17,4 min ton təşkil edir.
Neft məhsulları sahəsində ümumi istehsal həcmi 5,5 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur.
Neft məhsulları arasında mazut istehsalı 2,2 dəfə artıb, qazoyl istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz yüksəlib. Eyni zamanda, neft bitumu istehsalı 2,1 faiz, sürtgü yağlarının istehsalı isə 48,2 faiz azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda kondensat da daxil olmaqla təxminən 27,7 milyon ton xam neft hasil edilib. Bunun 27,6 milyon tonu əmtəəlik neftin payına düşüb. Beləliklə, xam neft hasilatı illik müqayisədə 4,8 faiz azalıb, əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz geriləyib.

