Azərbaycan və Yunanıstanın pərakəndə sektorları arasında əməkdaşlıq genişlənir

Mətn Ölçüsü

PostNews – Azərbaycan və Yunanıstan arasında pərakəndə ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atılıb.

Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi (TŞİİB) ilə Yunanıstan Pərakəndəçilər Assosiasiyası (SELPE) arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd iki ölkənin pərakəndə sektorları arasında əlaqələrin inkişaf etdirilməsi üçün institusional əməkdaşlıq bazasının yaradılmasını nəzərdə tutur. Memorandum eyni zamanda TŞİİB-in beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan və Yunanıstanın pərakəndə sektorlarında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, sektorun ortaq məsələləri üzrə dialoqun gücləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması hədəflənir.

Tərəfdaşlığın əsas istiqamətlərindən biri də TŞİİB və SELPE-yə üzv şirkətlər arasında birbaşa biznes əlaqələrinin inkişafına dəstək göstərilməsidir. Bu yanaşma iki ölkənin pərakəndə sektorunun nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yeni platforma yaradır.

Azərbaycan-Yunanıstan biznes əlaqələri üçün yeni platforma

Memorandum pərakəndə ticarət sahəsində təşkilatlararası əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə, şirkətlər arasında əlaqələrin genişləndirilməsinə və qarşılıqlı təcrübənin paylaşılmasına imkan yaradacaq.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri