2025-ci ildə Azərbaycanda 26,896 milyard kVt/saat elektrik enerjisi istehsal olunub

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 168 milyon kVt/saat və ya 0,6 faiz çoxdur.

İstehsal edilmiş elektrik enerjisinin 26 milyard kVt/saatı əmtəəlik elektrik enerjisindən ibarət olub ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 158,6 milyon kVt/saat və ya 0,6 faiz artım deməkdir.

Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ildə 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti