SOCAR TAP vasitəsilə Avropa bazarlarına qaz satışını genişləndirib

Mətn Ölçüsü

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında yeni mərhələyə başlayıb.

PostNews xəbər verir ki, bu barədə məlumat SOCAR-a istinadən verilib. Bildirilib ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı Avstriya və Almaniyadan olan alıcılara da təchiz edilir.

Qaz təchizatı İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilir və bu, Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Nəticədə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

SOCAR qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış qaz strategiyasına uyğun olaraq, Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyəti davamlı şəkildə genişlənir, müxtəlif ölkələrdən olan alıcılarla əməkdaşlıq portfeli artırılır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyi möhkəmləndirilir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti