2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib.
PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, dövriyyə 2024-cü illə müqayisədə 3,7 faiz artıb.
Hesabat ilində muxtar respublika üzrə ixrac əməliyyatlarının dəyəri 13,6 milyon ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 116,6 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 28,4 faiz və 1,4 faiz artıb.
