İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) yeni xidməti üçün minik avtomobillərinin sifarişi üzrə işlərə başlayıb.
PostNews-un məlumatına görə, artıq müvafiq hazırlıq işləri həyata keçirilir.
Qeyd olunur ki, sifariş ediləcək 3 ədəd “Pickup” tipli avtomobilin 2025-ci il istehsalı olması əsas şərtlərdən biridir. Hazırda agentlik avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirir.
Eyni zamanda, İZİA avtomobillərin satın alınmasının ümumilikdə 206,5 min manata başa gələcəyini proqnozlaşdırıb. Bu hesablamaya əsasən, bir avtomobilin təqribən 68,8 min manata alınacağı bildirilib.
