Azərbaycanda sığorta bazarının həcmi 1,5 milyard manata çatıb

Mətn Ölçüsü

Azərbaycanda sığorta bazarı inkişaf mərhələsindədir və sığorta haqlarının həcmi artıq 1,5 milyard manat civarındadır.

PostNews xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, hər 10 manat icbari sığorta haqqına görə təxminən 6 manat sığorta ödənişi həyata keçirilir və bu göstərici üzrə artım dinamikası mövcuddur.

Vüsal Qasımlı qeyd edib ki, sığorta bazarının inkişafı ilə yanaşı üç əsas məsələ xüsusi əhəmiyyət kəsb edir. Bunlar:

  • sığorta bazarının tənzimlənməsi,
  • sığorta sektorunda biznes modelləri,
  • texnologiyanın tətbiqidir.

İcraçı direktorun sözlərinə görə, “InsurTech” dərs vəsaiti məhz bu üç əsas istiqaməti əhatə edir. O vurğulayıb ki, “InsurTech” sahəsi qlobal miqyasda da sürətlə inkişaf edir.

Məlumatlara əsasən, ötən il dünya üzrə “InsurTech” bazarının həcmi təxminən 20 milyard ABŞ dolları təşkil edib. Bu sahədə orta illik artım tempi 25–55% arasında qiymətləndirilir. Beynəlxalq qurumların proqnozlarına görə isə 2030-cu ildə “InsurTech” bazarının həcmi 250 milyard ABŞ dollarına çata bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti