PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 18,716 milyard ABŞ dolları təşkil edib.
PostNews Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 951,2 milyon dollar və ya 5,3% çoxdur.
Dövr ərzində Azərbaycanın Aİ-yə ixracı 16,2 milyard dollar (+6,1%), Aİ-dən idxalı isə 2,537 milyard dollar (+1%) olub. Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 69,14%, idxalda payı isə 11,97% təşkil edib.
Ən yüksək ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə qeydə alınıb:
-
İtaliya: 11,243 milyard dollar (+9%)
-
Almaniya: 1,298 milyard dollar (−9%)
-
İsveçrə: 890,3 milyon dollar (2,1 dəfə çox)
-
Çexiya: 807,6 milyon dollar (−22,4%)
Ümumilikdə, yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollar dəyərində ticarət aparıb, bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarətin strukturu belə olub:
-
İxrac: 23,401 milyard dollar (son 1 ildə 937 milyon dollar və ya 3,8% azalma)
-
İdxal: 21,188 milyard dollar (son 1 ildə 2,416 milyard dollar və ya 12,9% artım)
Nəticədə, xarici ticarətdə 2,213 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

