• Haqqımızda
  • Əlaqə
Şənbə, Fevral 21, 2026
Post News
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
Post News
No Result
View All Result
Ana Səhifə Siyasət

Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur

02 Fevral, 26 / 12:52
A A
Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur

Azərbaycanda Sahibkarlıq Məcəlləsi qəbul edilməlidir.

PostNews  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

“Neftə əsaslanan iqtisadi modeldən qeyri-neft sektorunun üstün olduğu iqtisadi modelə keçiddə qarşıya qoyduğumuz hədəflərə nail olmağın mühüm şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu da mükəmməl bir qanunvericilik sənədinin ortaya qoyulmasını zəruri edir. İndiyə qədər sahibkarlıqla bağlı qəbul olunmuş qanunlar iqtisadi inkişafın müxtəlif mərhələlərini əhatə edib. Həmin qanunvericilik sənədlərinin əsasında, amma daha mükəmməl bir variantda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edirəm. Bu, ümumi işin xeyrinə olacaq”, – deyə o qeyd edib.

Bundan başqa, deputat təklif edib ki, Azərbaycanda sosial minimumlara yenidən baxılsın: “Ölkədə minimum əməkhaqqı 400 manatdır və bu da orta aylıq nominal əməkhaqqının təxminən 37 %-i qədərdir. Qoşulduğumuz bir sıra beynəlxalq sənədlərdə, o cümlədən xartiyalarda minimum əməkhaqqının orta əməkhaqqının azı 60 %-i qədər olması göstərilib. Əgər bizdə bu gün orta maaş 1 100 manatdırsa, bunun 60 %-i 660 manat edir. Bax bu nöqteyi-nəzərdən bu gün qəbul edəcəyimiz yeni Əmək Məcəlləsinin 155-ci maddəsində minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasının öz əksini tapmasını vacib hesab edirəm. Bu, aztəminatlı insanların güzəranının yaxşılaşdırılmasına imkan verəcək. Nəzərə alsaq ki, xüsusilə regionlarda insanların xeyli hissəsi minimum əməkhaqqı ətrafında maaş alır – bu, həm də regionlarda orta aylıq nominal əməkhaqqına müsbət təsir edəcək. Eyni zamanda 1,8 milyon işçinin yarıya qədərinin aldığı median əməkhaqqının artırılması vahid tarif cədvəli üzrə olan maaşının artırılması istiqamətində çox samballı addım olacaq, bizim beynəlxalq reytinqimizə çox müsbət təsir göstərəcək”.

Previous Post

Aslan Abbaszadə təltif edilib – FOTOLAR

Next Post

Qoşqar Təhməzli onu müdir təyin etdi

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
VÖEN-i: 1904726912
Domen adının sahibi; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Məsul redaktorun soyadı, adı və atasının adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan; Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Gültəkin Əsgərova küçəsi, 1-ci döngə, ev 41
Əlaqə; 055 522-24-99 info@post-news.az
  • Haqqımızda
  • Əlaqə

© 2025 post-news.az  Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı

© 2025 post-news.az  Bütün hüquqları qorunur.