2025-ci ildə AZCON Holding nəqliyyat sektorunda əhəmiyyətli nəticələr əldə edib.
PostNews xəbər verir ki, sərnişindaşıma sahəsində ADY üzrə gündəlik orta sərnişin sayı 28 min nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 21% artım deməkdir.
BakuBus marşrut xətləri üzrə gündəlik orta sərnişin sayı 557 min nəfərə çataraq 39% artım nümayiş etdirib. Bakı Metropoliteni üzrə daşınan gündəlik orta sərnişin sayı isə əsaslı təmir və yenidənqurma işlərinə başlanması səbəbindən 1% azalaraq 621 min nəfər təşkil edib. Ümumilikdə BakuBus və Metropoliten üzrə gündəlik sərnişin sayı 1,2 milyon nəfər olub ki, bu da 17% artım deməkdir.
AZAL üzrə sərnişin daşımaları 4,2 milyon nəfər təşkil edib, tranzit sərnişin daşımaları isə 487 min nəfərlə 30% artım göstərib. Bakı Metropolitenində xəttə buraxılan vaqonların sayı 381-ə çatdırılıb və qatarlararası interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Yükdaşıma sahəsində də artım qeydə alınıb:
- ADY ilə Şərq–Qərb dəhlizi tranzit yükləri: 3,7 milyon ton (12% artım)
- Bakı Limanı konteyner daşımaları: 107 min TEU (40% artım)
- ASCO vasitəsilə quru yük gəmiləri: 1,3 milyon ton (45% artım)
- Tanker daşımaları: 4,3 milyon ton (2% artım)
- Xəzərdən kənar daşımalar: 1,4 milyon ton (129% artım)
2025-ci ilin nəticələri AZCON Holding-in nəqliyyat infrastrukturunun inkişafı, sərnişinlər üçün rahat və çevik xidmətlərin təmin olunması, eləcə də Azərbaycanın regional və beynəlxalq logistika mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edib.
