PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 651,699 milyon manat sığorta haqqı toplanıb. Bu, 2024-cü il göstəricisi ilə müqayisədə 32,5 milyon manat və ya 5,2% artım deməkdir.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 8 milyon manat və ya 3% artaraq 277,463 milyon manata çatıb. Beləliklə, hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb ki, bu da 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu göstərici 2024-cü il ilə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım təşkil edir.

